BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinala yüksəlib.


Pravda.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.


Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

Tarix: 21 Aprel 2023, 20:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin