“Böhran dövründə bank sektorunun fəaliyyəti xüsusi önəm daşıyır. Ona görə bankların sağlamlaşdırılması və bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi töhfənin düzgün qiymətləndirilməsi çox vacibdir. Hesab edirəm ki, vurğuladığınız məsələlər tam düzgün təhlil əsasında qeyd olunur. Əlbəttə ki, biz makroiqtisadi vəziyyətimizi qorumalıyıq, sabit saxlamalıyıq. Koronavirusun ilk aylarının təcrübəsi onu göstərir ki, biz buna müvəffəq olmuşuq. Makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi sabitdir. Bir müddət əhali və hüquqi şəxslər tərəfindən dollarizasiyaya doğru addımlar atıldı. Ancaq indi de-dollarizasiya prosesi müşahidə olunur. Mən ictimaiyyətin diqqətini bir məsələyə də çəkmək və öz sözümü bildirmək istəyirəm. Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, - xüsusilə qonşu ölkələr nəzərdə tutulur, - o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki buna heç bir ehtiyac yoxdur”.
Pravda.az-ın xəbərinə görə, bunu Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
“Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin. İndi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur. Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur. Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur. Biz makroiqtisadi vəziyyəti qorumalıyıq. Eyni zamanda, banklar indiki şəraitdə biznesə daha böyük dəstək verməlidirlər. Mən çox şadam ki, artıq biznes kreditlərinin faizi artır, amma istehlak kreditlərinin faizi düşür. Bu, hesab edirəm ki, çox yaxşı tendensiyadır və bu, saxlanmalıdır.
Mən bankların özünüməşğulluq proqramına qoşulmasını da alqışlayıram. Yaxşı bilirsiniz ki, bu proqrama çox böyük tələbat var və biz nəzərdə tuturduq ki, dövlət xətti ilə on min insana vasitələri təqdim edək. İndi Dünya Bankı da buna qoşuldu. Onlar tərəfindən də vasitələr veriləcək, bizim banklar da verəcək. Çünki tələbat daha çoxdur. Təqribən 40-50 min tələb, yəni, sifariş var. Ona görə xüsusilə indiki şəraitdə mikrobiznesin inkişafı, - indi kənd təsərrüfatında da bu sahədə işlər nəzərdə tutulur, - mütləq aparılmalıdır ki, biz biznesi qoruyaq, onlara dəstək verək və razıyam ki, artıq normal həyata qayıtmaq üçün hazırlıq işlərimizi aparmalıyıq. Ona görə mən bütövlükdə bank sektorunda və makroiqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirirəm, belə də davam edin. Bilirəm ki, siz gündəlik formatda hər şeyə monitorinq aparırsınız. Hesab edirəm ki, faiz dərəcələrinin sabit saxlanması da çox müsbət addımdır, o qədər də asan məsələ deyil. Çünki neftin qiymətinin kəskin düşməsi, iqtisadi fəallığın azalması istər-istəməz faiz dərəcələrinin artımını şərtləndirirdi. Ancaq son aylar ərzində faiz dərəcələri ardıcıllıqla aşağı düşür. Ona görə siz bu dərəcələri indi də sabit saxlayırsınız. Hesab edirəm ki, indiki vəziyyətə görə bu, düzgün addımdır. Təbii ki, koronavirus iqtisadi fəallıqla bağlı bizə çox böyük problem yaratdı. Ancaq buna baxmayaraq, hesab edirəm ki, vaxtında atılmış addımlar, xüsusilə sahibkarlara, biznesə verilən dəstək bir daha dövlətin siyasətini göstərir. Bizim həm siyasətimiz birmənalıdır, həm də imkanlarımız var. Bu imkanları biz yaratmışıq. Əgər biz bu maliyyə imkanlarımızı yaratmasaydıq, bu gün necə kömək edərdik? Mən Azərbaycanı heç kimlə müqayisə etmək istəmirəm, amma biz baxırıq, görürük indi başqa ölkələrdə nələr baş verir. Adambaşına bizdəki qədər düşən dəstək həcmi az ölkələrdə müşahidə olunur. Çünki indi bizim həm imkanlarımız var, - düzdür, neftin qiymətinin aşağı düşməsi bu imkanlara da mənfi təsir göstərir, - eyni zamanda, siyasi iradə də var. Ona görə bu vəziyyətdə biznes strukturlarının dəstəklənməsi təbiidir və biz heç vaxt onları ağır vəziyyətdə qoya bilmərik. Çünki koronavirus onların biznesinə ziyan vurub, biz isə onların işini yüngülləşdirməliyik.
Onu da bildirməliyəm ki, son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti böyük dərəcədə yaxşılaşmışdır. Bunu bir neçə mötəbər beynəlxalq təşkilat da qeyd edir. Bu yaxınlarda məşhur “Heritage” Fondu da iqtisadi azadlıqlarla bağlı reytinq cədvəli tərtib edib və Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə dünyada 44-cü yerdədir. Bir il ərzində biz 19 pillə qalxmışıq. Hesab edirəm ki, bu, böyük nəticədir” – Prezident qeyd edib.
29 Mart 10:24
29 Mart 10:10
29 Mart 10:08
29 Mart 10:02
29 Mart 10:00
29 Mart 09:46
29 Mart 09:43
29 Mart 09:39
29 Mart 09:34
29 Mart 09:29
29 Mart 09:21
29 Mart 09:19
29 Mart 09:18
29 Mart 09:17
29 Mart 09:16
29 Mart 09:11
29 Mart 09:07
29 Mart 09:00
29 Mart 08:57
29 Mart 08:53
29 Mart 08:51
29 Mart 08:49
29 Mart 08:45
29 Mart 08:39
29 Mart 08:33
29 Mart 08:29
29 Mart 08:25
29 Mart 08:19
29 Mart 08:15
29 Mart 08:10
29 Mart 08:09
29 Mart 08:06
29 Mart 08:02
29 Mart 08:02
29 Mart 07:18
29 Mart 07:16
29 Mart 07:14
29 Mart 07:11
29 Mart 07:08
29 Mart 07:06
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
Ən son xəbərləri səhifəmizdən də izləyin