BURADA REKLAMINIZ OLA
BİLƏR

Abonentlərin nəzərinə: “Azəriqaz” xüsusi təyinatlı qrupunun "gücləndirilmiş iş rejimindəki" fəaliyyəti davam edir

“Hörmətli qaz istehlakçıları (abonent), “Azəriqaz” xüsusi təyinatlı qrupunun "gücləndirilmiş iş rejimindəki" fəaliyyəti davam edir. Qrupun yaradılmasının məqsədi bütün regionlarda çoxlu sayda müdaxilə, müdaxilə ehtimalı və qaz itkisi ilə bağlı olan qaz sayğaclarının tapılmasında yerli işçilərə “köməkdir””.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.

“Qrupun bununla əlaqadar  müraciətində Çalışaq, regionun nəticəsini yüksək göstərək. Bizdə ondan ötrü burdayıq. Elə edək ki, region yüksək nəticə versin” bildirilib. Qeyd olunanları və daxil olan məlumatları (açılan sayğaclar laboratoriyaya getməmiş cərimələr yazılır) nəzərə alıb, diqqətinizə çatdırıq: mülkü geyimdə olan şəxslər  sayğac yoxlaya, ona toxuna, müvafiq sənədləşmə apara bilməzlər. Bu halda ərazi üzrə cavabdeh qaz nəzarətçisinin də iştirakı təmin olunmalıdır. Sayğac  istehlakçının (abonent) iştirakı ilə yoxlanmalı, bütün qüsurlar (varsa) abonentə göstərilməlidir. Tərtib olunan hər hansı sənəddə abonentin imzası olmalıdır”, - M.Qəhrəmanlı qeyd edib.

Tarix: 25 Aprel 2023, 23:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin