BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rabitəbank”ın əməliyyat mənfəəti azaldı

Bankın faiz gəliri 4 milyon 911 min manat artaraq 20 milyon 366 min manata, faiz xərcləri isə 1 milyon 894 min manat artaraq 6 milyon 389 min manata yüksəlib. Buna görə də bank 13 milyon 978 min manat xalis faiz gəliri əldə edib. Bu isə ötən ilin sonu ilə müqayisədə 3 milyon 17 min manat çoxdur.

 

Qeyri-faiz gəlirini 528 min manat artıraraq 10 milyon 601 min manata, qeyri-faiz xərclərini isə 1 milyon 894 min manat artıraraq 6 milyon 389 min manata çatdırıb. Nəticədə bankın əməliyyat mənfəəti 4 milyon 969 min manata bərabər olub ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 730 min manat və ya 12.8 faiz azdır.

 

Qeyd edək ki, “Rabitəbank”ın məcmu kapitalı 4 milyon 550 min manat azalaraq 104 milyon 490 min manata düşüb./Kommersant.az

Tarix: 26 Aprel 2023, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin