BURADA REKLAMINIZ OLA
BİLƏR

“Arsenal” darmadağın edildi

İngiltərə Premyer Liqasının 33-cü turunun matçında “Mançester Siti” Londonun “Arsenal” klubunu darmadağın edib.

 

Mançesterdə keçirilən oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Görüşdə Kevin De Bruyne (dubl), Con Stounz və Erlinq Haaland fərqləniblər.

 

Matçın sonuna dörd dəqiqə qalmış “Arsenal” müdafiəçi Rob Holdinqin dəqiq zərbəsi sayəsində hesab arasındakı fərqi azaldıb.

 

“Arsenal” hazırda 75 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Mançester Siti”nin 73 xalı var, lakin klub “topçular”dan iki oyun az keçiriblər, bu da onların potensial olaraq rəqabətdə irəliləmək şanslarının yüksək olduğunu göstərir./Report

Tarix: 27 Aprel 2023, 07:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin