BURADA REKLAMINIZ OLA
BİLƏR

“Günay Bank” xalis mənfəəti 43.5 faiz azalıb

“Günay Bank” 2023-cü ilə mənfi göstəricilərlə start verib. Bankın xalis mənfəəti ötən ilin sonu ilə müqayisədə 213 min manat və ya 43.46 faiz azlaraq 277 min manata düşüb. Əldə olunan mənfəət isə bankın yığılmış zərərindən silinib. Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Günay Bank”ın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 7 milyon 43 min manat azalaraq 274 milyon 274 min manata enib. Bu azalmanın əsas səbəbi bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcminin 4 milyon 814 min manat azalaraq 25 milyon 739 min manata düşməsidir. Digər səbəb isə banklar və digər maliyyə institutlarına verilən kreditlərin 5 milyon 66 min manat azalaraq 1 milyon 490 min manata enməsidir.

 

Bankın bzinesmenlərə verdiyi kreditlərin həcmi ötən ilin sonu ilə müqayisədə 363 min manat azalaraq 114 milyon 81 min manata düşüb. İstehlak kreditləri 1 milyon 237 min manat artaraq 3 milyon 894 min manata, ipoteka kreditləri isə 1 milyon 335 min manat artaraq 82 milyon 970 min manata yüksəlib. Nəticədə bankın sahib olduğu kredit portfeli 2 milyon 209 min manat artaraq 200 milyon 946 min manata yüksəlib.

 

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 95 min manat artıraraq 19 milyon 130 min manata çatdırdığı üşün “Günay Bank”ın xalis kreditləri 2 milyon 115 min manat artaraq 181 milyon 816 min manata yüksəlib.

 

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİB

 

Bankın cəmi öhdəlikləri 7 milyon 471 min manat azalaraq 206 milyon 295 min manata düşüb. Bu azalmada bankın depozit portfelinin payı 38 faiz olub.

 

“Günay Bank”ın fiziki şəxslərdən topladığı əmanətlərin həcmi 360 min manat azalaraq 73 milyon 481 min manata düşüb. Biznesmenlər bankdakı əmanətinin 2 milyon 479 min manatını geri çəkdikləri üçün bankın hüquqi şəxslərdən topladığı depozitlər 35 milyon 84 min manata enib. Buna görə də bankın depozit portfeli 108 milyon 566 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyon 839 min manat və ya 2.5 faiz azdır.

 

YIĞILMIŞ ZƏRƏRİNİ AZALDARAQ KAPİTALINI ARTIRIB

 

Səhmdar kapitalında dəyişiklik etməyən “Günay Bank” əldə etdiyi 277 min manatlıq xalis mənfəətini yığılmış zərərdən çıxaraq sözügedən zərərini azaldıb. Nəticədə bankın zərəri 883 min manata düşüb. Ümumi ehtiyatlarını isə 149 min manat artıraraq 3 milyon 951 min manat artırdığı üçün bankın cəmi kapitalı67 milyon 978 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 427 min manat və ya 0.6 faiz çoxdur.

 

FAİZ GƏLİRLƏRİ ƏMƏLİYYAT MƏNFƏƏTİNİ AZALDIB

 

Bankın faizə gəlirləri 11 milyon 572 min manat azalaraq 3 milyon 268 min manata, faiz xərcləri isə 8 milyon 779 min manat azalaraq 2 milyon 725 min manata düşüb. Buna görə də bankın xalis faiz gəliri 2 milyon 793 min manat və ya 83.7 faiz azalaraq 543 min manata düşüb.

 

Bankın qeyri-faiz gəliri 6 milyon 862 min manat azalaraq 2 milyon 281 min manata, qeyri-faiz xərcləri isə 7 milyon 775 min manat azalaraq 2 milyon 480 min manata düşüb. Nəticədə bankın əməliyyat mənfəəti 344 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyon 880 min manat və ya 84.5 faiz azdır.

 

Bankın xalis mənfəəti 213 min manat və ya 43.5 faiz azalaraq 277 min manata endiyi üçün “Günay Bank”ın aktivlərinin və kapitalının gəlirliyi “əriyib”.

 

Belə ki, bankın aktivlərinin gəlirliyi (ROA) 0.07 faiz azalaraq 0.1 faizə enib. Kapitalının gəlirliyi (ROE) isə 0.32 faiz azalaraq 0.4 fazinə düşüb.

 

Qeyd edək ki, bankın məcmu kapitalı 602 min manat azalaraq 64 milyon 31 min manat olub.

 

Günay Bank

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

274.274

281.317

-7.043

Kredit

200.946

198.737

2.209

İstehlak kreditləri

3.894

2.657

1.237

Biznes kreditləri

114.081

114.444

-363

Daşınmaz əmlak kreditləri

82.970

81.635

1.335

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

19.130

19.035

95

Xalis Kreditlər

181.816

179.701

2.115

Cəmi Öhdəliklər

206.295

213.766

-7.471

Depozit

108.566

111.405

-2.839

Fiziki şəxslərin depozitləri

73.481

73.841

-360

Hüquqi şəxslərin depozitləri

35.084

37.563

-2.479

Cəmi Kapital

67.978

67.551

427

Səhmdar kapitalı

64.910

64.910

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Yığılmış zərər

-883

-1.160

-277

Ümumi ehtiyatlar

3.951

3.802

149

Faiz Gəliri

3.268

14.840

-11.572

Faiz Xərci

2.725

11.504

-8.779

Xalis Faiz Gəliri/Zərəri

543

3.336

-2.793

Qeyri-Faiz Gəliri

2.281

9.143

-6.862

Qeyri-Faiz Xərci

2.480

10.255

-7.775

Əməliyyat Mənfəəti (Zərəri)

344

2.224

-1.880

Xalis Mənfəət (Zərər)

277

490

-213

Məcmu Kapital

64.031

64.633

-602

ROA

0.1%

0.17%

-0.07%

ROE

0.4%

0.72%

-0.32%

Tarix: 27 Aprel 2023, 21:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin