BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobuslarda gediş haqqı artdı

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.

 

Pravda.az globalinfo.az-a istinadən xəbər verir ki, qeyri-rəsmi çalışan mikroavtobuslar şənbə və bazar günlərində, bayramlarda, həmçinin tıxacın olmadığı saatlarda sərnişinləri 1 manata aparırdılarsa, son həftə ərzində qiyməti 50 qəpik artırıblar.

 

Belə ki, artıq bir neçə gündür, sərnişinlər 1 manat 50 qəpiyə getməli olurlar.

 

Sakinlərin sözlərinə görə, günorta tıxac olmasa da, qiymət endirilmir. Hətta axşamlar 3 manat gedişhaqqı tələb edənlər də olur.

Tarix: 28 Aprel 2023, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin