BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: Tələbə diplom alır, amma bir müddət sonra deyirik ki, diploma güvənmirik, biliyinizi yoxlayırıq

Təhsilin hər üç pilləsində ciddi problem var.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin iclasında deyib.

 

O bildirib ki, nazirlik bu sahələrin idarə edilməsində öz funksyasını tam yerinə yetirmir:

 

"Proseslər çox ləng gedir. Fərmanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq hesab edirəm ki, ciddi işlər görülməyib. Digər tərəfdən sertifikatlaşdırma məsələsinə gəlincə, hesab edirəm ki, ali təhsil sahəsində ciddi problem var. Tələbə diplom alır, amma bir müddət sonra gəlib deyirik ki, biz sizin diploma güvənmirik və biliyinizi yoxlayırıq. Bizim universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir"./APA

Tarix: 28 Aprel 2023, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin