BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftin qiyməti və manatın məzənnəsi ilə bağlı PROQNOZ

Yeni açıqlanan xarici ticarət statistikası da göstərir ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri daha çox 2-cü rübdə olacaq - baxmayaraq ki, ağır psixoloji basqılarını, vətəndaşlaırn gəlir və iş yeri itkisilə üzləşməsini artıq martda bütün gücü ilə hiss etməyə başladıq.

 

İdxalda 500 mln. dollara yaxın azalma dövlət sektoru ilə bağlıdır. Əvvəldən də deyildiyi kimi Neft Fondunun qızıl aktivlərinin artırılmasına görə, ötən il dövlət sektorunun idxalı 1.5 mlrd. dolardan çox artmışdır.

 

Martda idxal 850 mln. dollar olub - bu yanvarla müqayisədə 120 mln. USD çox, fevralla müqayisədə 220 mln. USD azdır. Yəni 3 ayın nəticəsinə görə, orta aylıq göstəricidə böhrana görə kəskin azalma müşahidə ediləcək bir durum yox. Hətta minik avtomobillərinin idxalında 2 dəfə artım olub. Qeyri-neft ixracında da 14 mln. USD artım qeydə alınıb.

 

Amma neftin qiymətlıərinin təsiri altında aylıq statistikada trendin kəskin pisləşdiyi diqqətdən qaçmır: xarici ticarət balansının saldosu yanvarda 1.4 mlrd. USD olub. Fevral mart aylarında 53-107 mln. USD intervalında dəyişib. Aprel-iyun arasında idxalda kəskin azalma olmasa, mənfiyə keçməsi realdır. Neft bazarında aşağı qiymətlərin ticarət balansına təsirini əsasən may ayından görəcəyik. Hərçənd ki, artıq may ayında da eniş olub. Belə ki, neft-qaz sektorundan daxilolmalar yanvarda 1.989 mlrd. USD, fevralda, 968 mln. USD, martda isə 825 mln. USD-ə enib. Çünki neftin qiymətləri artıq yanvardan enməyə başladı və aşağı qiymətlər artıq mart satışlarından daxilolmalarda özünü göstərdi. Məlumat üçün deyim: gömrük məlumatlarına əsasən yanvarda Azərbaycandan 1 barrelin orta ixrac qiyməti 69 USD, fevralda 63.8 USD, martda 59 USD. Apreldə hazırkı qiymət dəyişməzsə, orta aylıq qiymətin hətta 25 dollar ətrafında ola biləcəyi realdır. Nəzərə alaq ki, valyuta bazarında martda olan gərginlik və ajiotaj hələ ixrac gəlirlərində azalmanın olduğu dövrdə baş verdi. Bu baxımdan 2-ci rübdə valyuta bazarının tənzimlənməsi MB-ni daha çox gərginlikdə saxlayacaq.

 

Rövşən Ağayev

 

İqtisadçı

Tarix: 15 Aprel 2020, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin