BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhəbbət Vəliyeva şirkət yaratdı

Azərbaycanın keçmiş təhsil nazirinin müavini Məhəbbət Vəliyeva şirkət yaradıb.

 

Onun sahibi olduğu “Savad Mərkəzi” MMC-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb.

 

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyevadır.

 

M.Vəliyeva 2018-2021-ci illərdə Azərbaycanın təhsil nazirinin müavini olub./Report

Tarix: 1 May 2023, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin