BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank faiz dərəcələrini dəyişəcək?

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 3-də keçiriləcək iclasın yekunlarına görə təkrar maliyyələşdirmə dərəcəsini 8,75 faiz səviyyəsində saxlayacağı proqnozlaşdırılır.

 

Bu barədə Trend-ə "Gazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.

 

Onun fikrincə, bu qərarın lehinə olan arqumentlər arasında xarici inflyasiya təzyiqinin zəifləməsi sayəsində inflyasiyanın ləngiməyə doğru dönüşü, əhalinin depozitlərinin dollarlaşmasının stabil səviyyəsi, həmçinin pul kütləsinin artımının dayanması yer alır.

 

"İqtisadiyyatda inflyasiya risklərinin qaldığını nəzərə alaraq press-relizin faiz dərəcələrinin azalmasına mümkün keçidi qeyd etmədən ehtiyatlı tərzdə dərc olunacağını gözləyirik. Ehtimal edirik ki, faiz dərəcələrinin artım tsiklinin dayanması üçün şərait artıq formalaşıb", - o deyib.

 

Xatırladaq ki, AMB martın 29-da təkrar uçot dərəcəsini 0,25 bazis bəndi qaldıraraq 8,75 faizə çatdırmaq qərarı qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9,75 faizə, aşağı həddi isə 6,75 faizdən 7 faizə çatdırılıb. Uçot dərəcəsi ilə bağlı növbəti iclas mayın 3-də keçiriləcək.

Tarix: 1 May 2023, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin