BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi: Ölkəyə müxtəlif sektorlardan 300 mlrd. dollardan çox investisiya daxil olub

Biz yeni fəaliyyətə başlayanda Dövlət Neft Fondunun 270 milyon dollar vəsaiti var idi, indi isə 50 milyard dollardan çoxdur.

 

Pravda.az xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Şahmar Mövsümov "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

"Son 20 il ərzində Azərbaycan ÜDM-i 3,6 dəfə, iqtisadiyyata investisiya isə 4 dəfə artıb. Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub. İstənilən rəqəmlər faizlə deyil, dəfə ilə ölçülür. Bunun bünövrəsi Heydər Əliyev tərəfindən yaradılmış və hazırda İlham Əliyev tərəfindən davam etdirilir", - deyə Şahmar Mövsümov vurğulayıb./APA

Tarix: 2 May 2023, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin