BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc cüdoçularla görüş keçirildi - FOTO

Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. Ölkəmizdə idmana olan diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev idmanın inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsinə şərait yaradıb.

 

Pravda.az xəbər verir ki, respublikamızın bütün bölgələrində olduğu kimi Naftalanda da idmanının eləcə də cüdo idman növünün inkişafı istiqamətində bir sıra işlər həyata keçirilir. 

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, İkiqat Paralimpiya oyunları, ikiqat dünya və səkkizqat Avropa çempionu, qazi İlham Zəkiyev, Azərbaycan milli yığma komandasının böyük məşqçisi, dünya və Olimpiya mükafatçısı Mövlud Mirəliyev, Cüdo Federasiyasının Qərb regionu üzrə kordinatoru Müzadil Həsənov Naftalan şəhər UGİM-nin cüdoçuları ilə görüşüblər.

 

Görüş zamanı Azərbaycan Cüdo Federasiyası tərəfindən göndərilən kimonolar gənc cüdoçulara təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

 

Həmçinin Naftalan cüdo bölməsinin mövcud şəraitinin yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdirilməsi üçün Federasiya prezidentinin 11 apreldə baxışı zamanı tapşırığına uyğun olaraq yeni cüdo zalının tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb.

Fotoları təqdim edirik
Tarix: 2 May 2023, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin