BURADA REKLAMINIZ OLA
BİLƏR

Bürclərin gizli arzuları - Onlar nə istəyir?

Hər insanın sahib olmaq istədiyi şeylər var.

Lakin bu istəklərin çoxu bəzən gizli qalır.

Astrologiyada da hər bürcün xəyal etdiyi bir çox şey var. Bakupost.az bürclərin gizli arzularını təqdim edir.

QOÇ - Od ünsüründən olan qoç bürcü böyük işlərə imza atmaq, trend yaratmaq, diqqət mərkəzində olmağı sevir. Liderlik etmək də ən çox arzuladıqları şeydir.

BUĞA - Qətiyyət və güvənə dəyər verən torpaq ünsürlü bürcdür. Gizli arzuları, yaxşı yaşamaq, sərvət və mülk investisiya etməkdir.

ƏKİZLƏR - Sosiallaşmağı sevən hava ünsürlü bürcdür. Onun gizli arzusu həyatında müxtəliflik və dəyişiklik olması və heç vaxt sıxılmamaqdır.

XƏRÇƏNG - Su ünsürlü bürcdür.Güvənə və yaxın münasibətlərə dəyər verir. Güvənli, rahat bir ev mühiti yaratmaq ən böyük arzularıdır. Hisslər, romantika, bir sözlə, maddi-mənəvi olaraq güvəndə olmaq istəyirlər.

ŞİR - Diqqət mərkəzində olmağı sevən bir od ünsürlü bürcdür. Ətrafındakılar tərəfindən bəyənilməyi və sevilməyi hər zaman arzu edirlər. Başqalarının onlara hörmət etməsi və onları tərifləməsini istəyirlər.

QIZ - Səliqə və mükəmməlliyə önəm verir. Gizli arzuları hər zaman başqalarına kömək etməkdir. Onlar da gizlicə sevmək və sevilmək istəyirlər.

TƏRƏZİ - Hava ünsürlü olan bu bürc yanlız qalmağı heç sevmir. Tarazlığa və uyğunluğa önəm verir. Bir-birinə bağlı və sevgi dolu münasibət yaşamağı arzulayırlar.

ƏQRƏB - Su ünsürlü bürcdür. Gizli arzuları öz həyatları və ətrafdakılar üzərində güc və kontrolluğu ələ almaqdır.

OXATAN - Od ünsürlü bürcdür. Azadlığı sevirlər. Gizli arzuları yeni şeylər kəşf etmək, təcrübə qazanmaq və fərqlilik etməkdir.

OĞLAQ - Torpaq ünsürlü bürcdür. Onların gizli arzusu uğur qazanmaq və zəhmətləri ilə tanınmaqdır. Onlar həm də ailələri, dostları tərəfindən bəyənilmək istəyirlər.

DOLÇA - Hava ünsürlü bürcdür. Dolça müstəqilliyi və fərdiliyi qiymətləndirir. Onların gizli istəyi dəyişiklik yaratmaq və dünyaya müsbət təsir göstərməkdir.

BALIQLAR - Su ünsürlü bürcdür. Balıq bürcü bütün yaradıcılıq və təxəyyüllə bağlıdır. Onların gizli arzusu reallıqdan qaçmaq və öz yaratdıqları bir dünyada yaşamaqdır. Arzularını yaşamaq və fantaziyalarını gerçəkləşdirmək istəyirlər.

Tarix: 4 May 2023, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin