BURADA REKLAMINIZ OLA
BİLƏR

Diqqət: Meteor yağışı olacaq

5-6 mayda “Eta-Akvarid” adlı meteor yağışı olacaq.

 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

 

“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.

Tarix: 5 May 2023, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin