BURADA REKLAMINIZ OLA
BİLƏR

Pandemiyadan sonra ən ağır iqtisadi tənəzzül olacaq

Karantin (yeni növ koronavirusun yayılması ilə bağlı - red.) tədbirləri nəticəsində baş verəcək Avropa iqtisadiyyatındakı tənəzzül Avropa İttifaqı tarixində ən ağır olacaq.

 

Pravda.az-ın xəbərinə görə, bunu cümə axşamı Avropa Parlamentinin onlayn sessiyasında çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib.

 

"Avropa bir çox böhranlardan keçib, lakin pandemiyadan sonra olacaq belə iqtisadi tənəzzül ilə heç vaxt üzləşməmişdir. Hər kəsin köməyə ehtiyacı var və bunda heç kəsin günahı yoxdur. Mövcud böhran sosial həyatın dayanmasından əziyyət çəkən tamamilə sağlam şirkətlərə təsir göstərir", - U. von der Leyen dedi.

 

O, Avropa Parlamentini, Avropa Birliyi qurumlarının iqtisadiyyatı dəstəkləmək üçün qəbul etdiyi bütün qərarlarını dəstəkləməyə çağırıb.APA

Tarix: 16 Aprel 2020, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin