BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilə görüşüb.

 

Bu barədə Pravda.az-a Azərbaycan Minifutbol Federasiyasından (AMF) məlumat verilib.

 

Qeyd olunub ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AMF-nin fəxri-prezidenti Orxan Məmmədov da iştirak ediblər.

 

Söhbət zamanı Bakıda keçirilmiş Beynəlxalq Minifutbol Turniri, eləcə də, Azərbaycanda bu idman növünün inkişafı müzakirə edilib.

Tarix: 9 May 2023, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin