BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu saytların fəaliyyəti müvəqqəti dayandırıldı

İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.

 

Bu barədə Pravda.az-a Dövlət Xidmətindən məlumat verilib.

 

Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb.

 

Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

Tarix: 11 May 2023, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin