BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda qorunmağa ehtiyacı olan 2800 illik tarixi məkan - VİDEO

Salyanın Şorkənd və Çuxanlı kəndləri ərazisində aşkar olunan qədim yaşayış məskəni 4 hektara yaxın sahəni əhatə edir.

 

2800 il əvvələ aid edilən tarixi məkanda aparılan araşdırmalar zamanı, ilkin olaraq 5 küp və 5 torpaq qəbir tapılıb.

 

Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb.

 

İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl 3-cü əsrdən bizim eranın 3-cü əsrinədək yaşayış olub. Hazırda qədim yaşayış məskəninin qorunmağa ehtiyacı var.

 

Ətraflı videonu təqdim edirik:

 

Tarix: 12 May 2023, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin