BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağamirzə “Beşiktaş”ı qarşılamağa getdi

Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün Bakıya gəlib. Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, İstanbul klubunu qarşılayanlar arasında məşhur meyxanaçı Ağamirzə də olub.

 

O, saytımıza açıqlamasında sabahkı matçdan gözləntilərini bölüşüb:

 

“Türkiyə bizim qardaşımızdır. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! İnşallah, sabah maraqlı oyun olacaq. “Beşiktaş”a azarkeşlik edirəm. Amma ondan da çox “Sabah”ı dəstəkləyirəm. Düşünürəm ki, “Sabah” “Beşiktaş”a 2:1 hesabı ilə qalib gələcək”.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” - “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq.

Tarix: 12 May 2023, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin