BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi İnstitutun kursantları ABŞ Hərbi Akademiyasını ziyarət etdi

Azərbaycanın Heydər Əliyev adına Hərbi İnstitutunun kursantları ABŞ Hərbi Akademiyasında olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

 

“Səfirlik Azərbaycanın Heydər Əliyev adına Hərbi İnstitutunun kursantlarının aprel ayında Nyu-Yorkun Vest Poynt şəhərindəki ABŞ Hərbi Akademiyasına bir həftəlik səfəri zamanı çəkilmiş şəkillərini paylaşmaqdan məmnundur. Beynəlxalq Akademiya Mübadilə Proqramı çərçivəsində kursantlar ABŞ Hərbi Akademiyasını ziyarət etmişdilər”,- məlumatda qeyd edilib.

Tarix: 16 May 2023, 22:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin