BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Sistem üçün risk törətməyən bank niyə bağlansın ki?”

“Günay Bank”ın lisenziyasının ləğvi bank sektorunda inhisarlaşmanın davamıdır. Mərkəzi Bank özü də etiraf edir ki, bu kiçik bankın bağlanması "bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır". Bank nəzarəti formal yox, riskyönümlü olmalıdır.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Sistem üçün risk törətməyən bank niyə bağlansın ki? Əslində, "Günay Bank" və onun kimi bəzi kiçik və orta banklar iri banklarımızın hamısından daha səmərəli və təhlükəsizdir. Bu xəbərə ən çox sevinən də Əmanətlərin Sığortalanması Fondu olacaq. Hansı ki, ləğv edilən bankların olan-qalan əmlakının başına daş salmaqda mahirdir”, - Ə.Həsənov qeyd edib.

Tarix: 17 May 2023, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin