BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda orta aylıq əməkhaqqı 10 faiz artıb

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib.

 

Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 % artıb.

 

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 854,5 manat təşkil edib./Report

Tarix: 17 May 2023, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin