BURADA REKLAMINIZ OLA
BİLƏR

“Günay Bank”ın əmək haqqı kartlarındakı pulların taleyi necə olacaq?

“Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Deputat əlavə edib ki, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək: “Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi  vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”.

Tarix: 18 May 2023, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin