BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə inzibati orqanların fəaliyyətlərində yol verdikləri sistematik pozuntuları açıqladı

 İnzibati orqanların fəaliyyətlərində yol verdikləri sistematik pozuntular açıqlanıb.

 

Bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

 

Məhkəmə təcrübəsində rast gəlinən inzibati orqanların fəaliyyətlərində yol verdikləri “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş icraatla bağlı sistematik pozuntuları aşağıdakılar kimi qruplaşdırıla bilər:

r:

  • vətəndaşların müraciətləri üzrə ümumiyyətlə inzibati icraatın başlanılmaması və aparılmaması;
  • inzibati icraat barədə maraqlı şəxslərə məlumat verilməməsi, onların icraatın gedişində real iştiraklarının təmin olunmaması;
  • buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında vətəndaşlara zəruri hüquqi yardımın göstərilməməsi;
  • müraciətə baxılması və həmin müraciət üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduqda, ərizə və ona əlavə olunmuş sənədlər səlahiyyətli inzibati orqana göndərilməli olduğu halda, ərizə və sənədlərin müraciət edən şəxsə qaytarılması;
  • inzibati icraatın müddətlərinə riayət edilməməsi;
  • inzibati icraat zamanı işin bütün hallarının tam və obyektiv araşdırılmaması, təqdim olunmuş sübutlar yetərli olmadıqda inzibati orqanın öz təşəbbüsü ilə əlavə sübut toplamaması və maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından imtinanın yol verilməz olmasının inzibati orqanların xidməti vəzifələrinə görə borcu olduğu halda, bu vəzifələrə əməl olunmaması, eyni zamanda inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardımın baş tutmaması;
  • inzibati aktın lazımi qaydada əsaslandırılmaması, xüsusən şikayət vermək hüquqlarının izah olunmaması.

 

Göründüyü kimi, icraatla bağlı hüquq pozuntularına yol verilməsi halları müşahidə olunur və bunun nəticəsidir ki, bu gün bir sıra hallarda inzibati orqanların qərar və hərəkətləri məhkəmələr tərəfindən məhz icraatla bağlı hüquq pozuntularına yol verilməsi əsası ilə ləğv edilir.

 

Tarix: 18 May 2023, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin