BURADA REKLAMINIZ OLA
BİLƏR

BVF iyunun sonunda Bakı ofisini bağlayacaq

BVF iyunun sonunda Bakı ofisini bağlayacaq

 

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqqında qərar qəbul edib.

 

Pravda.az-ın məlumatına görə, Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.

 

Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentin rəhbəri Cihad Azurun məktubunda qeyd olunub ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək, Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək və zərurət yarandıqda texniki yardım göstərəcək.

Tarix: 18 May 2023, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin