BURADA REKLAMINIZ OLA
BİLƏR

"Roma" ilk finalçı olub

UEFA Avropa Liqasında ilk finalçı bəlli olub.

 

Yarımfinalın cavab oyununda Almaniyada "Bayer"lə qolsuz bərabərə qalan İtaliya "Roma"sı adını həlledici görüşə yazdırıb. İlk matçda "canavar"la 1:0 hesablı qələbə qazanmışdı.

 

İspaniyada "Sevilya" ilə İtaliya "Yuventus"u arasında oynanılan qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb - 1:1. İlk oyunda da eyni hesab qeydə alındığından əlavə vaxt olacaq.

 

UEFA Avropa Liqası

Yarımfinal, cavab oyunları

18 may

 

23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:1 (ƏLAVƏ VAXT)

Qollar: Suso, 72 - Duşan Vlahoviç, 65

Baş hakim: Denni Makkeli (Niderland)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

İlk oyun - 1:1

 

23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya) - 0:0

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Leverkuzen, "Bay Arena"

İlk oyun - 0:1

 

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq./Report

Tarix: 19 May 2023, 01:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin