BURADA REKLAMINIZ OLA
BİLƏR

Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq

Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq.

 

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.

 

Fərmana əsasən, Energetika Nazirliyi aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

 

- elektrik qurğularının quraşdırılması qaydalarını;

 

- elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

 

- elektrik qurğularının texniki istismar qaydalarını;

 

- elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri.

 

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Tarix: 19 May 2023, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin