BURADA REKLAMINIZ OLA
BİLƏR

"Karantin rejimi hər gün Azərbaycana 10 milyonlarla ziyan vurur" - Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pandemiyanın Azərbaycan dövlətinə vurduğu ziyan haqda danışıb.

 

Pravda.az-ın xəbərinə görə, S.Babayev Aztv-də çıxışı zamanı bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ünvanlı sosial yardım paketi daha da genişləndiriləcək:

 

“Bu gün 80 min ailə, 330 min nəfər ünvanlı sosial yardım alır. Bu ailələrə orta ödəniş 222 manatdır. Bu paketin davamlı olaraq genişləndirilməsi tapşırılıb. Xüsusi karantin rejimindən ən çox zərər çəkən dövlət və hökumətdir. Karantin rejimi hər gün Azərbaycan dövlətinə 10 milyonlarla ziyan vurur. Sosial ödənişlər artır, lakin dövlət bu zərəri çəkdiyi dövrdə belə vətəndaşlarına öz dəstəyini göstərir və əlbəttə ki, onların sağlamlığı hər şeydən üstündür”.Qafqazinfo

Tarix: 18 Aprel 2020, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin