BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bolt” taksi xidmətindən Naftalan sakinləri də istifadə edəcək - FOTO

Naftalan ŞİH-də keçirilən görüşdə ŞİH başçısı Vüqar Novruzov, Avropanın aparıcı nəqliyyat platforması olan “Bolt” Səfər sifarişi üçün xidmətinin Gəncə bölməsinin əməliyyatlar üzrə meneceri Tofiq Paşayevi qəbul edib.

 

Pravda.az xəbər verir ki, icra başçısı Naftalana gələn yerli və xarici turistlərin rahatlığının təmin olunması istiqamətində görülən işlərin ardı olaraq “Bolt” taksi xidmətinin istifadəyə verilməsinin vacibliyini vurğulayıb. 

 

 “Bolt”un nümayəndəsi xidmətin Naftalanda işə başlaması həmçinin şirkətin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Bildirib ki, xidmət münasib qiymət və komfortlu avtomobillərlə şəhər sakinləri ilə yanaşı turistlər üçün də əlçatan olacaq.

Fotoları təqdim edirik
Tarix: 22 May 2023, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin