BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu müəllimlərə maaş verilməyəcək? - RƏSMİ CAVAB

Təhsil Nazirliyi “Virtual məktəb” layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, belə məlumatların heç bir əsası yoxdur:

 

“Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır”.

 

Qeyd edək ki, bəzi məktəb direktorları tərəfindən müəllimlərə “Virtual məktəb” layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyənlərə maaş verilməyəcəyinə dair bildirişlərin göndərilməsi haqqında məlumatlar yayılmışdı.

Tarix: 18 Aprel 2020, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin