BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəqliyyat, turizm, restoran xidmətləri itirilmiş gəlirlərini bərpa edə bilməyəcəklər - AÇIQLAMA

Xidmət sektorunun istehsal sektoru ilə müqayisədə aldığı böyük zərbə təkcə bu gün 100%-li karantin rejiminə məruz qalması ilə bağlı deyil.

 

Həmçinin bir çox xidmət sahələri, xüsusilə də sərnişin nəqliyyatı, turizm, restoran xidmətləri itirilmiş gəlirlərini bərpa edə bilməyəcəklər. Bu sektorlar üçün hər gün öz qazancı var. Təbii ki, restoranda 1 ay yemək yeməyən gəlib yemədiyi ayın da yeməyini yeyəsi deyil .

Amma tələb mədudluğu üzündən istehsalı ixtisara düşmüş fabriklər, zavodlar xeyli dərəcədə həmin müştərilərin ödənməiş tələbini geri qazana biləcəklər. Məsələn, soyusducu, maşın, kompüter ehtiyacı olan, amma bu gün ala bilməyən adam 3 ay sonra imkan düşsə bu tələbatını ödəyəsidi.

Müəyyən mənada tikiniti də belədir - evə ehtiyacı olan nə zaman imkan düşsə, bunu alasıdır.

Burdan çıxan nəticə budur: xidmət sektorunu maliyyə sektoru üçün daha riskli müştəri qrupudur.

Ona görə böhranın uzanacağı tədqirdə ən çox müflisləşmə və iflaslar xidmət sektorunda olacaq.

Məlumat üçün deyim ki, hazırda əhali kreditlərini saymasaq Azərbaycan bank sektorurunun verdiyi kreditklərin təxminən 30%-i ticarət və xidmət sektoruna verilib - söhbət təxminən 2.5 mlrd. manatdan gedir. Bunun da 47%-i dollar, 53%-i manat kreditləridir.

 

Rövşən Ağayev

 

İqtisadçı

Tarix: 18 Aprel 2020, 22:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin