BURADA REKLAMINIZ OLA
BİLƏR

XXI əsrin Yardımlısı: eşşəklə su daşıyan müəllimlər - VİDEO

"Kəndimiz rayon mərkəzindən 25 km uzaq, rayon rəhbərliyinin gözündən xeyli iraqda yerləşir. Nəyə görə iraq dedim, çünki, bu kəndin sosial inkişafı naminə heç bir məmur adi bir səyi belə göstərmir. Kəndimizin sosial problemləri çoxdur. Ən əsaslı problemi kəndin içməli suya olan təlabatıdır. 2020-ci ildə gəldilər su çəkmək adı ilə işə başladılar. Layihədə 2 km məsafədə olan ərazidən su çəkilməlidi idi və anbar tikilərək su kəndə paylanmalı idi. Amma lahiyədən kənara çıxaraq, su anbarını tikmədilər. Əvəzində isə kəndin yuxarı hissəsinə su boruları çəkdilər. "Bizim gücümüz buna çatır qalanın siz edin" dedilər. Yazıq kənd sakinləri əllərindəki mal-qaradan satıb su paylayıcısından evlərinə qədər məsafəni öz hesablarına çəkdilər Elə ev var 1,5 km, 1 km, 800m, 500 m su boruları alıb torpağa basdırdılar. Ümid etdilər ki, heç olmasa ayda 1 dəfə su gələr, aradan 3 il keçib, o borulara su gəlməyib". Belə bir şikayətlə Faktmedia.az-a Yardımlı rayonu Separadi kəndində yaşayan və müəllim kimi çalışan Mərahim Hüseynov müraciət edib.

 

Müəllim yaşadığı kəndin sosial problemlərindən və qurumların "vecsizliyi"ndən şikayətlənir.

 

Müraciəti olduğu kimi təqdim edirik:

 

"Aidiyyatı qurumlara müraicət edəndə də min bir bəhanə gətirirlər: gah deyirlər su debiti mənbədə azalıb, gah da deyirlər su borusu partlayıb. Necə olur bizim kənddən 2 km aralı məsafədə yerləşən Yolacaq kəndinin sakinlərinə su verilir, bizə verilmir? Bunlar su verməyəcəkdilərsə nəyə görə axı bizi aldadıb su boruları alıb torpağa basdırırdılar. Borulara verən pulu başqa dərdlərinə xərclərdi də kəndin sakinləri...

 

Hörmətli deputatımız Musa müəllim (Musa Qasımlı) bizimlə 3 il bundan qabaq görüşə gəldi. Güya problemlərimizlə maraqlandı. O gedən gedib. Ay Musa müəllim, bəs heç düşündünüzmü o kəndin sakinlərinin aqibəti necə oldu? Axı Separadi kəndindən seçki məntəqəsinə 400 ə yaxın kənd sakini sizə səs verib, sizi özünə deptat seçib. Bu gününə?! Axı bu kənddən neçə-neçə torpaqlarımız uğrunda döyüşən igid oğullarımız, canından keçən şəhidlərimiz var. Xahiş edirəm aidiyatı qurumlar bizə rəsmi yazsın ki, biz Yardımlı rayonunda Separadi adlı nə kənd nə də o kənddə yaşayan vətəndaş tanımırıq. Biz də sizdən incisək pis adam biz olarıq. Heç bir şikayətimizdə olmaz".

 

Məsələ ilə bağlı  72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilən Musa Qasımlı ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, rayona və onun abadlıq işlərinə icra hakimiyyəti qədər cavabdeh olan şəxs danışmaq istəmədi. Ona ünvanlanan problemi dinləməkdə maraqlı olmadı.

 

Həmçinin Yardımllı Rayon İcra Hakimiyyəti ilə əlaqəmiz də baş tutmadı. Çünki jurnalist olduğumuzu bildikləri üçün açmadılar, yazılan mesaja da reaksiya vermədilər. İcra hakimiyyətinin birinci müavini Azər Xamıyevin heç "tükü də tərpənmədi".

 

Burdan o nəticəyə gəlmək olur ki, bəli, bu problemdən xəbərləri var və kənd camaatına kömək etmək istəmirlər.

 

Tarix: 26 May 2023, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin