BURADA REKLAMINIZ OLA
BİLƏR

Leyla Abdullayeva Cümhuriyyət dövrünün maliyyə nazirinin nəvəsi ilə görüşüb - FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanovun Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

 

“Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə çox maraqlı görüşümüz oldu. Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!”, - o qeyd edib.

 

Qeyd edək ki, Alev Ebuzziya Sisbü heykəltəraş, keramika və şüşə dizayneridir. O, 1987-ci ildən bəri Parisdə yaşayır. Onun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir.

Fotoları təqdim edirik
Tarix: 26 May 2023, 22:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin