BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəb direktoru qəzada həyatını itirdi - YENİLƏNDİ

Lənkəranda baş verən qəzada ağır yaralanan məktəb direktoru Ramiz Məmmədov vəfat edib.

 

Ramiz Məmmədov ağır vəziyyətdə Masallı rayonunda özəl xəstəxanaların birinə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

***

16:15

 

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda qeydə alınıb.

 

Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.

 

Nəticədə "Nissan Tida"nın sürücüsü və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işə çalışır.

 

Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 28 May 2023, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin