BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bariatrik cərrahiyyə və metabolik xəstəliklər konqresi keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 6-cı Beynəlxalq, 2-ci Xəzəryanı dövlətlərin, 4-cü türkdilli xalqların bariatrik cərrahiyyə və metabolik xəstəliklər konqresi keçirilib.

 

Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən konqresdə 11 xarici dövlət, 12 dərnək, 12 universitetdən gələn cərrah, alim və mütəxəssislər iştirak ediblər.

 

Dövlət Himni səsləndiriləndən sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videosüjet nümayiş olunub.

 

Konqresin açılış mərasimində Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, Səhiyyə Nazirliyinin şöbə müdiri Vüqar Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nelli Veyisova, Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərov, Ümumdünya Bariatik Assosiasiyasının prezidenti Scott Shikora və başqaları çıxış edərək bu mühüm tədbirin əhəmiyyətindən bəhs ediblər.

 

Çıxış edənlər qeyd ediblər ki, piylənmə qeyri-infeksion epidemiya olaraq əsrimizin ən geniş yayılmış xəstəliklərindən biridir. Həmin patologiyanın aradan qaldırılmasında bir sıra tibbi metodlardan istifadə edilir. Ötən əsrin ortalarından tətbiq edilməyə başlayan bariatrik əməliyyatlar artıq çəki ilə mübarizədə ən yeni üsul sayılır. Artıq çəki hazırda dünyada ölümə səbəb olan xəstəliklər sırasında ön sıralarda dayanır. Həmin problemlə mübarizədə bariatrik əməliyyatlar artıq 70 ildən çoxdur ki, müsbət nəticələr verir. Ölkəmizdə bu sahədə 11 ildən çoxdur ki, uğurlu cərrahiyyə əməliyyatlar aparılır. 2017-ci ildə bu sahədə milli protokol imzalanıb, 2018-ci ildən dərsliklər dərc olunmağa başlayıb. Bariatrik əməliyyatlar və metabolik xəstəliklərlə əlaqədar bir sıra konqreslər, maarifləndirici seminarlar keçirilib. Bu gün keçirilən konqres də bariatrik əməliyyatların öyrənilməsi, təkmilləşdirilməsi və daha qabaqcıl texnologiyaları yiyələnmək sahəsində irəliyə doğru daha bir addımdır.

 

Sonra konqres ayrı-ayrı panellərdə öz işini davam etdirib. Konqresin 7 akademik paneldə 29 beynəlxalq çıxış olmaqla 65 elmi məruzə dinlənilib.

 

Tarix: 28 May 2023, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin