BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Ərdoğan bir daha böyük lider olduğunu sübut etdi”

“Qardaş Türkiyə böyük sınaqdan çıxdı. Bütün dünyaya demokratiya dərsi keçdi. Ərdoğan bir daha böyük lider olduğunu sübut etdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib

 

“Eyni zamanda xalqın yarıdan bir qədər az hissəsinin də iradəsi ortadadır. Sadə insanların mütləq əksəriyyətini hökumətin ideologiyası (din, liberalizm, sosializm, faşizm və s.) az maraqlandırır. Onlara ədalət, əmlaklarına və ləyaqətlərinə hörmət lazımdır. Bunun da bir əsas şərti var - korrupsiya ilə mübarizə. Ərdoğan bu məsələyə xüsusi diqqət yetirməlidir ki, xələfi məhz onun tərəfdarı ola bilsin. Allah Türkiyəni qorusun!” – Ə.Həsənov qeyd edib.

Tarix: 29 May 2023, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin