BURADA REKLAMINIZ OLA
BİLƏR

Sıla Bakıya gəldi

Məşhur türkiyəli müğənni Sıla Bakıya gəlib.


Pravda.az xəbər verir ki, Sıla hava limanında bu gün Bakı Konqres Mərkəzində baş tutacaq konserti haqqında danışıb:


"Bakıdakı ilk konsertimdən uzun zaman keçib. O vaxtdan indiyə xeyli dəyişiklik olub. Bu axşam bütün yeniliklərimi təqdim edəcəm".


Sıla uğurlu ifaçı olması ilə bağlı suala isə belə cavab verib: “Uğurlu olmaq problemli məsələ deyil, uğurlu qalmaq çətin məsələdir. Bunun üçün də xeyli çalışıram”.


Qeyd edək ki, konsert “Anadolu Events”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq./Teleqraf.com

Tarix: 29 May 2023, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin