BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə "Cahan-Motors"la bağlı qərar çıxardı

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin "Cahan-Motors" MMC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Salmanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

 

Qeyd: ləğv prosesində olan "Bank of Azerbaijan" ASC "Cahan-Motors" MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 30 May 2023, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin