BURADA REKLAMINIZ OLA
BİLƏR

İki qohumunu qısqanclıq zəminində öldürərək ömürlük cəza alan şəxsin məhkəməsi başlayır

Lənkəranda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Seymur Şiriyev barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses mayın 30-na təyin edilib.

 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Şiriyev ömürlük azadlıqdan məhrum edilib, cəzasını həbsxanada çəkəcək. Daha sonra məhkun hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, hadisə 2021-ci il iyunun 23-də Lənkəran rayonunun Havzava kəndində qeyd alınıb.

Belə ki, kəndə sakini, 1982-ci il təvəllüdlü S.Şiriyev həmkəndliləri – əmisi oğlu Elmar Fərəcovu və bibisi nəvəsi Amil Mirzəzadəni şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qətlə yetirib.
İttiham aktına görə, o, keçmiş qayınanası Gülnarə Abbasova və digər əmisi oğlu Xəlil Fərəcovu da öldürməyə cəhd edib. Lakin polis əməkdaşları tərəfindən tutulub.
S.Şiriyev ifadəsində bildirib ki, hər iki şəxsi keçmiş arvadına qısqandığı üçün öldürüb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-cü (Qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7-cü (Qəsdən adam öldürmə cəhd, iki və ya daha çox şəxsi öldürmə cəhd), 228-ci (Qanunsuz olaraq odlu silah, saxlama, daşıma və gəzdirmə) və 229-cu (Qanunsuz olaraq silah hazırlama) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 30 May 2023, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin