BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 2 yaşlı övladını öldürmək istəyən şəxs şikayətçidir

Bakıda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 31-nə təyin edilib.

 

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin Saqi Kərimov 14 il 6 ay azadlıqdan məhrum edilib.

 

Xatırlatma: Hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 30 May 2023, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin