BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adı dəyişə bilər? - Deputatdan AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi təklif edilir. Bildirilir ki, artıq Azərbaycanda “məcburi köçkün” yoxdur, Qarabağa “Böyük Qayıdış” başlayıb. Belə olan halda, Komitənin adındakı “Məcburi Köçkünlər” ifadəsinə düzəliş edilməlidir.

 

Təklifə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, mövcud vəziyyət, şərait aydınlaşdırıldıqdan sonra məsələ ilə bağlı qərar qəbul edilə bilər:

“Komitənin adının dəyişməsinin zəruri olub-olmaması daha çox aidiyyatı qurumların səlahiyyətindədir. Onların yanaşmasından asılı olaraq bu məsələyə baxa, yaxud qiymətləndirə bilərik. Hesab edirəm, hələ bütün vətəndaşlarımız Qarabağa köçürülməyib, bu gün də “Böyük Qayıdış” prosesi davam edir. Bu səbəbdən Komitənin adında “Məcburi köçkünlər” ifadəsinin qalmasında heç bir problem yoxdur. Hələ də müxtəlif səbəblərdən məcburi köçkün həyatı yaşayan vətəndaşlarımız qalmaqdadır və onların bu istiqamətdə dövlətin dəstəyinə ehtiyacları var. Belə olan halda, məsələyə tələm-tələsik baxmağa xüsusi ehtiyac, zərurət görmürəm. Əsas qurumların adları yox, onların fəaliyyəti, gördükləri işlərdir. Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəal iş görür. Artıq bölgələrdə yaşayış yerlərinin, kəndlərin, qəsəbələrin inşasına başlanılıb. Hazırda qarşımızda duran əsas məsələ bu işlərin görülməsidir. Düşünürəm, “Böyük Qayıdış” tam yekunlaşdıqdan, insanlarımız Qarabağa köçdükdən sonra bu məsələyə gələcəkdə baxa bilərik”.

 

Aytəkin Qardaşova

Tarix: 30 May 2023, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin