BURADA REKLAMINIZ OLA
BİLƏR

Memarlar İttifaqı: Binamızın fasadındakı kondisionerlər bizi də narahat edir

Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın çöldən görüntüsü müzakirəyə səbəb olub.  Kondisionerlərin tarixi binanın fasadının vizual görünüşünü pozması sosial şəbəkələrdə ictiamiyyət tərəfindən tənqid edilib. Bildirilib ki, sözügedən tarixi bina 1899-cu ildə milyonçu Ağabala Quliyevin sifarişi ilə memar Yevgeniy Skibinski tərəfindən layihələndirilib və hazırda Memarlar İttifaqının balansındadır. Binanın fasadındakı kobud görüntünün aradan qaldırılması, əvvəlki tarixi görkəminin bərpa olunması tələb edilir.

 

Azərbaycan Memarlar İttifaqının Katibi Şeyda Novruzzadə isə Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, yan fasadlarda yer tutan kondisionerlər Memarlar İttifaqını da narahat edir.

 

“Əlbəttə, cəmiyyət tərəfindən əks olunan maraq, narahatlıq və memarlıq irsimizə qarşı biganə olmamaq bizi sevindirir. Bildiyiniz kimi, Memarlar İttifaqında mərhələli bərpa işləri görülüb və ardıcıllıqla bu məsələ də həllini tapacaq. Ayrıca qeyd etmək istəyirəm ki, bu qurğular illər öncə, yəni bizdən əvvəlki rəhbərlik tərəfindən quraşdırılıb”, - qurum rəsmisi deyib.

 

Aytəkin Qardaşova

Tarix: 30 May 2023, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin