BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsirlikdə olan Hüseynin anası: “Dedilər ki, hələ Ermənistan tərəfdən heç bir məlumat ötürülməyib....”

“Cənab Prezidentimiz İlham Əliyevdən, Müdafiə Nazirliyindən, Dövlət Təhlükəsizliyi Xidmətindən, Beynəlxalq Qızıl Xaç Komitəsindən artıq dərəcədə xahiş edirik, uşaqlarımızı Vətənə tez gətirməkdə bizə kömək etsinlər. Səbrimiz qalmayıb, gecəmiz-gündüzümüz yoxdur, əldən düşmüşük. Aqşinin anası da, mən də, çox pis haldayıq. Artıq 55 gündür, balalarımız ermənilərin əlində əsirdir. Hələ də bizə Hüseyn barədə heç bir məlumat verilməyib. Keçən həftə Beynəlxalq Qızıl Xaç Komitəsində idik. Dedilər ki, hələ də uşaqların yanına gedilməyib, amma qarşıdan gələn həftələrdə ola bilsin, gediləcək. Hətta bildirdim ki, mayın 19-da 1 ay tamam oldu, amma Hüseynin məktubundan cavab gəlmədi, niyə xəbər yoxdur? Dedilər ki, hələ Ermənistan tərəfdən heç bir məlumat ötürülməyib...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ermənistanda əsirlikdə olan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

 

“Tələb etdik ki, heç olmasa Hüseynlə Aqşini videoya çəkin, bizə verməyin, ən azından öz kompüterinizdə baxaq. Görək ki, balalarımız doğrudan da sağ-salamatdırlar, şikəst deyillər. Ancaq “Telegram” kanallarından, “Youtube”dan, televiziya xəbərlərindən nə görüb, nə eşitsək, odur. Qapımızı açan yoxdur - nə Abşeron Rayon İcra Hakimiyyəti, nə də ümid gözləyidiyimiz başqa qurumlardan... Ürəyim dözmür, yorğan-döşəkdəyəm, müalicələr alıram, vəziyyətim yaxşı deyil. Ürəyim partlayır ki, görəsən, balamdan nə xəbər verəcəklər? Gözləyirik ki, bəlkə, Beynəlxalq Qızıl Xaç Komitəsi nəsə xəbər gətirər”, - Ş.Axundova bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 30 May 2023, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin