BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda istehsal olunan avtomobillərlə bağlı MÜHÜM ADDIM

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyэ çıxarılan Vergi Məcəlləsinə tklif olunan dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

 

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tarix: 30 May 2023, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin