BURADA REKLAMINIZ OLA
BİLƏR

Orbital mövqelərin əldə edilməsi və qorunması qaydası müəyyənləşir

Azərbaycan Respublikasına ayrılmış və ya ayrılacaq orbital mövqelər və onlarla əlaqədar radiotezliklər dövlətə məxsusdur və “Lisenziyalar və icazələr haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq kosmik operatorların istifadəsinə ayrılır.

 

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqelər, onlarla əlaqədar radiotezliklər, habelə peyk şəbəkələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və kosmik operator tərəfindən birgə koordinasiya edilir.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tarix: 30 May 2023, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin