BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dəmir yumruq dastanı”nın müəllifi tənqidlərə cavab verdi: “Kim nə deyirsə-desin…” - FOTO

“Kim nə deyirsə-desin, “dəmir yumruq” bizim taleyimizdir. Yazıçı nə qədər vicdansız olmalıdır ki, görünən hadisələri, əldə olunan qələbələri yazmasın. Axı bundan ötrü yazıçını qınamaq olmaz. “Dəmir yumruq dastanı” uşaqlar üçün yazılıb. Bəzən sadəliyi dərk etməyən adamlar ona bəsit baxırlar. Rəsul Rzanın bir şeiri var: Bir ikiyə deyir ki, mən səndən qabağam, iki isə cavab verir ki, baxır onu kim sayır, bəlkə, kimsə əvvəl “iki”, sonra “bir” deyəcək? Yəni baxır kim necə qiymət verir. Ona görə də belə şeylərə əhəmiyyət vermək lazım deyil...”

 

Bu sözləri Pravda.az-a müsahibəsində uşaq ədəbiyyatının tanınmış siması, professor Zahid Xəlil uşaqlar üçün yazdığı “Dəmir yumruq dastanı” kitabı barədə səsləndirilən tənqidi fikirlərə münasibət bildirərkən deyib.

 

Z.Xəlil V Milli Kitab Sərgisi çərçivəsində mayın 29-da keçirilən imza günü barəsində də danışıb: “İmza günü yaxşı keçdi. Kitab bayramları uşaqların kitablara olan marağını xeyli artırıb. Məsələn, hələ indiyə qədər heç kənd məktəblərində görməzdim ki, uşaqlar kitab alıb gətirsinlər. İki gün bundan əvvəl 113 nömrəli məktəbdə oldum, təxminən, 40-a yaxın uşaq kitab alıb imzalatmışdı. V Milli Kitab Sərgisində keçirilən imza günündə də, demək olar, kitabların hamısını uşaqlar aldılar. Söhbət etdik, maraqlarını öyrənməyə çalışdıq. Uşaqlar dəyişiblər, əvvəlki kimi deyil. İndi uşaqları başqa şeylər maraqlandırır, daha çox müasir texnologiya. Biz də gərək buna cavab verən məktəblər yaradaq. Dünya bir yerdə dayanmır. “Dəmir yumruq dastanı” kitabına da maraq yaxşıdır. Bu kitabı məktəblərdə ona görə istəyirlər ki, kitab həm bədii ədəbiyyat nümunəsidir, həm də xalqımızın 44 günlük tarixidir. Məktəblərdə 44 günlük tarixi ayrıca dərs kim keçirlər, bu da əslində onlara dərs vəsaiti kimi lazım olur. Kitabın tərtibatı çox gözəldir. Bu da uşaqlara zövq verir, onlar üçün maraqlıdır”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 30 May 2023, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin