“Əmək qanunvericiliyinə əsasən, 15-18 yaş aralığında işçilər üçün nəzərdə tutulan bir sıra təminatlar var və bu, ayrı-seçkilik deyil”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin məsləhətçisi Günel Baxşıyeva xidmətin “Facebook” sosial şəbəkəsi üzərindən yayımlanan “Sosial saat”ın efirində deyib.
O bildirib ki, Əmək Məcəlləsinin 16-cı maddəsi (Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) bu mənada həmin məqamı istisna edir və ayrı-seçkilik hesab etmir:
“İşəgötürən 15-18 yaş aralığında işə götürdüyü şəxsə öz ixtisasını artırması üçün də müəyyən şərait yaratmalıdır. Hətta bu, onun işəgötürən üçün çalışdığı iş vaxtının tərkibinə daxil edilməlidir.
Uşaqlar üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Amma bu hər yaş üçün eyni deyil. 16 yaşına çatmayan uşaqlara iş saatı həftə ərzində 24 saata qədər təyin edilir. 16-18 yaş arasında isə iş saatı həftə ərzində 36 saatdan çox olmamalıdır. Bəzən işəgötürənlər tam və qısaldılmış iş vaxtına aid əməkhaqlarını qarışdırırlar, haqsızlığa yol verə bilirlər. Lakin buna yol vermək olmaz. Əmək Məcəlləsinə əsasən, o uşaqlar da tam iş vaxtında çalışan digər əməkdaşlarla, eyni vəzifədə çalışanlarla bərabər əməkhaqqı almalıdırlar”.
Bəs 15 yaşlı uşaq işə təcrübəçi kimi götürülürmü? İşəgötürənlərin müvafiq staj (təcrübə) tələbi bu məqamda necə tənzimlənir?
G.Baxşıyeva suala cavab olaraq qeyd edib ki, bu, Əmək Məcəlləsi ilə tənzimlənir:
“Əmək Məcəlləsində bir sıra hüquqlar var ki, bu, uşaqlara şamil edilmir. Biri elə işə götürülən zaman sınaq müddətidir. Uşaq iş üçün müraciət edirsə, ondan sınaq müddəti tələb edilə bilməz. Onunla birbaşa müqavilə bağlanılmalıdır. Üstəlik, məhz bu səbəbdən 15-18 yaş aralığında şəxslərin müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi (Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə xitam vermək olmaz. Sınaq müddəti müəyyən edilmədiyinə görə, onun peşəkarlığı mübahisələndirilə bilməz.
Qeyd edim ki, 15-18 yaş aralığındakı uşaqların qeyri-iş günləri, gecə işlərinə cəlb edilməsi qanunla qadağandır. Eləcə də uşaqların ağır əmək fəaliyyətinə cəlb olunması, eləcə də onun əxlaqi kamilliyinə zərər verəcək gecə klublarında çalışması qadağandır. Buna görə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb edilə bilərlər”.
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin