BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölkəyə avtomobil gətirənlərin nəzərinə: Utilizasiya rüsumunun məbləği açıqlandı

İdxal olunan köhnə avtomobillərdən alınması nəzərdə tutulan ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb.

 

Bu barədə “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında məlumat verib.

 

O bildirib ki, istismar müddəti 1-3 il olan avtomobillərin idxalı zamanı utilizasiya rüsumu alınmayacaq.

 

"İstismar müddəti 4 ildən 7 ilə qədər olan idxal olunmuş avtomobillərdən 400 manat, 7 ildən artıq olan avtomobillərdən isə 700 manat rüsum alınması nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ dəqiq deyil. Bu istiqamətdə müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər" - deyə o qeyd edib./APA

Tarix: 1 İyun 2023, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin