BURADA REKLAMINIZ OLA
BİLƏR

“Changan” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru sabiq deputatın qardaşını məhkəməyə verdi - FOTO

“Azərbaycan Avtomobil Evi” MMC Osmanlı Faiq Yunis oğlu ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Nərimanov Rayon Məhkəməsinə üz tutub.

 

Belə ki, “Azərbaycan Avtomobil Evi” şirkəti maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

 

İddia hakim Nərgiz Tağıyevanın sədrliyi ilə araşdırılır.

 

Məhkəmənin ilkin növbəti iclası iyunun 12-nə təyin edilib.

 

Qeyd: “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.

 

F.Osmanlı sabiq deputat Ceyhun Osmanlının qardaşıdır.

 

Kamal Məmmədov

Fotoları təqdim edirik
Tarix: 2 İyun 2023, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin